Dövlət bayrağımız milli dövlətçiliyin rəmzidir

Nəşr edilib 08.11.2016 21:55

 

        Ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiram göstərilir. Onlar içərisində bayraq xüsusi önəm daşıyan rəmzlərdən biridir. Məhz buna görə də 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra hər il noyabrın 9-u möhtəşəm bayram kimi qeyd olunur.

        Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalandığı torpağın qədimliyini göstərir.

Üçrəngli dövlət bayrağımız milli qürurumuzdur

Nəşr edilib 09.11.2018 09:13

 

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam ­imzalamışdır.

       Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır

Nəşr edilib 17.11.2016 09:33

 

       Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutur. Dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri bəxş edən bu qədim diyar həm də xalqımızın yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini özündə yaşadır. Qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 26 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır.

Üçrəngli bayrağımızın əbədi qayıdış günü

Nəşr edilib 17.11.2016 09:01

 

       “Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada dövlət atributu kimi qəbul edilib. Bu günü üçrəngli bayrağımızın dövlətçilik tariximizə əbədi qayıdış günü də hesab etmək olar”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.