1922-ci ilə aid Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı - Muxtariyyətin Konstitusiyası statusunda olan “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”nin 69-cu maddəsində Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasının 104-cü maddəsinə istinadən muxtar respublikanın ilk Dövlət bayrağının təsviri verilmişdi: “Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı yuxarı sol küncündə, bayraq ağacı yanında yaşıl sahədə qızılı hərflərlə N.İ.Ş.C. və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti yazılmış al qırmızı rəngli qumaşdan ibarətdir”.
(Muzeydəki bayrağın ölçüsü 110x150 sm).