XIX əsrə aid Kəngərli süvari dəstəsinin döyüş bayrağı və döyüşçü. Kəngərli süvari dəstəsinin döyüş bayrağı qızılı rənglidir, üzərində ikibaşlı qartal təsviri və Murad xan Kəngərli tərəfindən söylənilmiş  “Xeyirxahlıq xeyirxahlıqla qarşılanır, ədalətli hökmdar allahın yer üzündəki kölgəsidir” kəlamı qeyd olunmuşdur. Döyüşçünün əynində dövrə məxsus geyim vardır. Həmin dövrdə döyüşçülər başlarına şişpapaq, əyinlərinə rəngli şalvar və çuxa geyinirdilər ki, bu çuxaların düymələri adətən qızılı və gümüşü rəngdə olurdu.