Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən ilk Azərbaycan Demokratik Respublikasının üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edildi.
Həmin gün üçrəngli bayrağımız zala gətirilmiş, beləliklə, Azərbaycan Demokratik Respublikasının bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur.