1937-ci ilə aid Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının bayrağı - 1937-ci il sentyabrın 18-də X Fövqəladə Naxçıvan MSSR Sovetlər Qurultayında qəbul edilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Konstitusiyasının 112-ci maddəsində Dövlət bayrağının təsviri aşağıdakı şəkildə verilmişdir: “Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının Dövlət bayrağı Azərbaycan SSR-in Dövlət bayrağından ibarətdir ki, bu da sol bucağında, bayraq ağacı yanında yuxarıda, qızılla oraq və çəkic çəkilmiş və Azərbaycan dilində “AzSSR” sözləri yazılmış və “AzSSR” yazısı altında kiçik hərflərlə Azərbaycan dilində “Naxçıvan ASSR” sözləri əlavə edilmiş qırmızı qumaşdan ibarətdir”. Bayrağın uzunluğunun eninə nisbəti 2:1-dir.