1927-ci ilə aid Naxçıvan Sosialist Şuralar Cümhuriyyətinin bayrağı - Azərbaycan SSR-in 1927-ci il Konstitusiyası qəbul edildikdən sonra Dövlət bayrağının üzərindəki əvvəlki “A.İ.Ş.C” abreviaturası “A.S.Ş.C” şəklində verilmiş, başqa sözlə, “İctimai” sözü “Sosialist” sözü ilə əvəz edilmişdi. Buna əsasən və Naxçıvan SSR-in Dövlət bayrağının Azərbaycan SSR-in Dövlət bayrağının nümunəsində hazırlandığından, Naxçıvan SSR-in 1926-cı il Konstitusiyasında təsviri verilmiş Dövlət bayrağının müvafiq abreviatura dəyişikliyi nəticəsində 1927-ci ildən sonra aşağıdakı şəkildə olmuşdur:
Qırmızı (al) rəngli, uzunluğu eninə 2:1 nisbətində olan, yuxarı sol küncündə, ağacın yanında, bayrağın eninin 1/6 radiusunda olan oraq və çəkic olan, onun üzərində diametri bayrağın eninin 1/10-nə bərabər olan, ucları sağa yönələn qızıl aypara və qızılla haşiyələnən beşguşəli ulduz olan, oraq və çəkicin sağ tərəfində yeni və köhnə türk əlifbası ilə “Naxçıvan Sosialist Şuralar Cümhuriyyəti” yazılan qumaşdan ibarətdir.