1926-cı ilə aid Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı - Naxçıvan SSR-in 1926-cı ildə qəbul edilmiş Konstitusiyasının 62-ci maddəsində Naxçıvan SSR-in bayrağının dəqiq təsviri verilmişdir: “Naxçıvan İctimai Şuralar Cümhuriyyətinin bayrağı qırmızı (al) rəngli, uzunluğu eninə 2:1 nisbətində olan, yuxarı sol küncündə, ağacın yanında, bayrağın eninin 1/6 radiusunda olan oraq və çəkic olan, onun üzərində diametri bayrağın eninin 1/10-nə bərabər olan, ucları sağa yönələn qızıl aypara və qızılla haşiyələnən beşguşəli ulduz olan, oraq və çəkicin sağ tərəfində yeni və köhnə türk əlifbası ilə “Naxçıvan İctimai Şuralar Cümhuriyyəti” yazılan qumaşdan ibarətdir”.